Bu gündən məktəblilərin payız tətili başlayır

Baxış sayı:
205

Bu gündən Azərbaycanın orta məktəblərində payız tətili başlayır.
Muxalifet.az xəbər verir ki, 2019-2020-ci tədris ilinin 5 günlük tətili 16-20 noyabr tarixlərini əhatə edəcək.
Noyabrın 21-də dərs olacaq.
Tədris ilinin 5 günlük qış tətili isə 2020-ci ilin yanvarın 27-də başlayacaq və 31-də bitəcək.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.