Bu gün keşiş-casus Brunsonun məhkəməsidir - Buraxıla bilər

Baxış sayı:
1537

Terror təşkilatları FETÖ və PKK adına cinayət törətdiyi və casusluq iddiaları ilə İzmirdə ev həbsində saxlanılan amerikalı keşiş-casus Brunson, 4-cü dəfə  məhkəmədə hakim qarşısına çıxmaq üçün ev həbsində tutulduğu dairəsindən alınaraq sıx təhlükəsizlik tədbirləri ilə məhkəməyə gətirilib.
 
25 iyul 2018 tarixindən bu yana ev həbsində tutulduğu dairəsində cəzasını çəkən ABŞ-lı keşiş-casus, təhlükəsizlik nöqteyi nəzərdən məhkəmə iclasının başlamasından xeyli əvvəl saat 05.30 radələrində bir avtomobillə ədliyyə binasına gətirilib.
Qeyd edək ki, ABŞ rəhbərliyi bu günkü məhkəmədə Brunsonun azadlığa buraxılacağına ümid edir və ABŞ-Türkiyə münasibətlərinin düzəlməsini də məhz bu hadisəyə bağlayır. Dünən bu yöndə ABŞ-ın dövlət katibi Pompeo açıqlama vermişdi.
Müxalifət.az