​Bu gün Bakıda musiqili atəşfəşanlıq olacaq

Baxış sayı:
11839

Bu gün Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə konsert proqramı və musiqili atəşfəşanlıq keçiriləcək. 
Konsert proqramında “Rast” qrupu və Rusiyanın “S-brothers-S” qrupu çıxış edəcək. 
Konsertin sonunda isə musiqili atəşfəşanlıq olacaq. Pirotexniki şou Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev və Müslüm Maqomayevin əsərlərinin sədaları altında nümayiş olunacaq.
Tədbirə giriş sərbəstdir.