Bu dəfə “Qırmızı jiletlilər”Almaniyada aksiyaya başladı

Baxış sayı:
8740

Almaniyanın paytaxtı Berlində yerləşən Tegel və Schönefeld hava limanlarında tətil başlayıb. Tətil səhər saat 05.00-da başlayıb.
 
Birləşmiş Xidmət İşçiləri Həmkarlar İttifaqının çağırışıyla başlayan tətilə 400 təhlükəsizlik əməkdaşı “Qırmızı jilet” geyinərək qoşulub. Tətilin 08.45-də yekunlaşmasına baxmayaraq bir çox uçuş ləğv edilib.
 
SƏRNİŞİNLƏR UZUN NÖVBƏLƏR YARATDI
 
Tegel Hava Limanında 42 uçuş, Schönefeld Hava Limanında isə 5 reys ləğv edilib, 25 uçuş isə ləngimə ilə həyata keçirilib. Təxirə salınan uçuşlar səbəbindən sərnişinlər çətin vəziyyətdə qalıb və uzun növbələr yaranıb.
Qeyd edək ki, daha əvvəl kütləvi müqavilə danışıqları aparılmış, ancaq konkret nəticə əldə olunmamışdı. Həmkarlar ittifaqları nümayəndələri bu görüşlərdə hər iş saatı üçün 20 avro pul istəmişdi. Bu qiymətin çox olduğunu düşünən işəgötürən tərəfin nümayəndələri qərarı qəbul etməyib. Ortaq bir yol tapmaq üçün iki tərəf də 23 yanvarda bir görüş daha keçirəcək.
Müxalifət.az