Bu dəfə kilsəyə hücum edildi: ölənlər var

Baxış sayı:
14761

Burkina Fasoda olan Protestant kilsəsini hədəf alan hücumda rahib də daxil olmaqla, 6 nəfərin həyatını itirib.
 
Kimliyi hələ müəyyən olunmayan silahlı şəxslər tərəfindən həyata keçirilən hücum bazar günü ölkənin şimalındakı Silqadji şəhərində baş verib.
Fransız xəbər agentliyi AFP-yə məlumat verən mənbə “Kimliyi bəlli olmayan Protestant kilsəsinə hücum edən şəxslər tərəfindən rahib də daxil olmaqla, 5 nəfər öldürülüb, ən azı iki nəfər də itkin düşüb”, - deyə bildirib.
“EuroNews”-a adının açıqlanmasını istəməyən başqa bir şahid isə "Hücüm kilsənin üzvlərinin ayrıldığı vaxt, saat 13.00 radələrində reallaşdı. Təcavüzkarlar kilsədə atəş açmadan əvvəl havaya bir neçə dəfə atəş açıblar”, - deyib.

Müxalifət.az