​Bu axşam Bakının iki rayonunda su olmayacaq

Baxış sayı:
4053

Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq 14 dekabr 2017-ci il tarixində axşam saatlarında Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.