​Bu avtomobillərin istehsalı QADAĞAN EDİLDİ

Baxış sayı:
2122

Çində 553 avtomobil modelinin istehsalına qadağa qoyulub.
Muxalifət.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb elektriklə işləyən avtomobil istehsalını təşviq etməkdir.
Ölkədə benzinlə işləyən avtomobillərin idxalına mərhələli şəkildə qadağanın tətbiqi planlaşdırılır. Qeyd olunan avtomobil modellərinin hökümətin enerji istifadəsi ilə bağlı standartlarına uyğun gəlmədiyi bildirilir.
İstehsalı qadağan edilən avtomobillərin arasında xarici investisiyaların da yer aldığı şirkət “Beijing Benz Automotive”, “Chery” və “FAW-Volkswagen” kimi modellər yer alır.
 “Blomberg” agentliyinin məlumatına görə isə, qadağan edilən avtomobil modelləri arasında “Mercedes”, “Audi”, “Chevrolet” kimi markalar da var.
Mətbuatda yer alan xəbərlər hökümət tərəfindən təsdiqlənib. Qadağa 2018-ci il yanvarın 1-dən qüvvəyə minib.