​Bu aviaşirkət kök sərnişinləri daşımaqdan imtina etdi

Baxış sayı:
1897

"Thai Airvays" aviaşirkətinin "Dreamliner" təyyarələrinin biznes-klass yerləri kök sərnişinlərin istifadə edə bilməyəcəyi təhlükəsizlik yastıqları və kəmərlərlə təchiz olunacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə trend "Bankok Post"a istinadən xəbər verir.
Aviaşirkətin Təhlükəsizlik və Standartlar şöbəsinin vitse-prezidenti deyib ki, beli 142,24 sm-dən enli olan sərnişinlər kəmərləri standartlara cavab verəcək şəkildə bağlaya bilməyəcəklər.
Bununla bağlı, "Thai Airvays" sərnişinlərin belinin ölçüsü ilə bağlı məhdudiyyətlər qoyub və uşaqların qucaqda aparılmasını kəmərlərin konstruksiyasına görə qadağan edib.