Bu adam Trampın sonunu gətirə bilər

Baxış sayı:
3718

Serdar Turgut - Habertürk
 
ABŞ prezidenti Trampın dövründə qalmaqallardan asılı vəziyyətə qalan Amerika, cümə günü qalmaqalların ən böyüyü ilə qarşılaşdı.
 
Trampın seçki kampaniyasını idarə edən və Rusiya ilə əlaqələrini quran, Paul Manafort məhkəmədə artıq xüsusi prokuror ilə razılaşdığını açıqladı və haqqındakı ittihamlar endirildi.
Prezident Tramp onun haqqında atdığı köhnə tweetlərdə "O cəsur adam prokuror ilə razılaşmır. Əsaslı adamdır" deyə, yazmışdı. Trampın bu son hadisədən sonra adam haqqında nə düşündüyü məlum deyil.
 
XÜSUSİ PROKUROR
 
Prezident Tramp haqqında istintaq aparan xüsusi prokuror Müller-in əgər əhatəli yeni məlumat alacağını düşünməsə, Manafort ilə qətiyyən anlaşmayacağını bildirən analitiklər, "Bu dəfə Tramp həqiqətən yanmağa başladı. Xüsusi prokurorun əli Trampın yaxasındadır artıq" deyə, söyləyiblər.
Manafort haqqında açılmış iki ayrı cinayət işi vardı. İlk məhkəmə istintaqı bitdi və pul yuma və bankçılıq saxtakarlığı kimi cinayətlərdə təqsirli odlu. İndiki iddia qaldırılmış ikinci cinayət işidi və 10 ayrı cinayət irəli sürülürdü.
 
NİYƏ İNDİYƏ QƏDƏR GÖZLƏYİB GÖRƏSƏN?
 
Hüquqşünaslar, "Əgər bir anlaşacaqdısa, görəsən niyə ilk məhkəmə istintaqından əvvəl etmədi" deyə, soruşurlar.
“Aradan keçən zamanda xüsusi prokurorun Manafortu yaxşıca sıxışdırması lazımdır ki, indi bir anlaşma əldə etmək vacibliyini göstəir” şərhləri edilir.
Əgər xüsusi prokuror Manafortdan yaxşı məlumat aldığına qərar verərsə, ilk məhkəmədən alacağı 10 ilə yaxın cəzanın da aşağı salınmasını hakimdən istəyəcək.
İndi bütün Vaşinqton Manafortun xüsusi prokurora Tramp əleyhinə nələr söyləyəcəyini maraq edir.
 
OVAL OFİSDƏ TƏLAŞ
 
Prezident Tramp, cümə günü səhər tezdən, MKİ-dən aldığı adi gündəlik kəşfiyyat hesabatından da əvvəl, sadəcə bu Manafort hadisəsi ilə məşğul olub və vəkilləri ilə görüşüb.
Bu son gəlişmənin Oval Ofisdə təşviş yaratdığı da deyilir.
Çünki Paul Manafort prokuror Müller-in soruşduğu prezident haqqındakı hər bir hadisəni birinci əldən bilən insandır. Manafort daha əvvəl Ukranyada iş görərkən Rusiya tərəfdarı olan qüvvələrlə əməkdaşlıq etmiş və oradan da Putinə qədər çatmışdı. Tramp ilə Putinin arasını yaxşı tutan kişnin Manafort olduğu bilinir.
FTB-nin araşdırdığı Tramp binasındakı Ruslarla keçirilən gizli görüşdə də Manaford vardı.
Prokuror ilə bağlanmış müqavilə səbəbindən Manafort indi xüsusi prokurorun verəcəyi hər suala doğru cavab vermək məcburiyyətindədir.
Xüsusi prokurorun, xüsusilə Trampın Ruslarla əlaqəsi üzərində suallar verməsi gözlənilir.
Bu son hadisə qış aylarında Ağ Evdə qalmaqalın heç əskik olmayacağını və prezident Trampın başının dərddən heç xilas olmayacağını göstərir.
 
TRAMP ƏGƏR BİR ÇILĞINLIQ EDƏRSƏ
 
İndi Vaşinqtonda "Görəsən Tramp bir çılğınlıq edib, Manafortu əfv edib, xüsusi prokurorun əlindən xilas edəcəkmi" sualı soruşulur. Trampın da buna cəsarət etməyəcəyi, çünki bunu etdiyi təqdirdə “ədalətə əngəl olmaq” (obstruction of justice) kimi ağır bir günah işləmiş olacağı bildirilir.
Hazırladı: Müxalifət.az