​Bu ac və tükənmiş rejimdən kimsə Çenə desin ki... - TRAMP

Baxış sayı:
1970

Mənim də nüvə düyməm var, həm də daha çox və daha güclüdür.
Muxalifət.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnə müraciətlə Tvitterdə yazıb.
“Şimali Koreya lideri Kim Çen İn bəyan edib ki, nüvə düyməsi hər zaman onun masası üzərindədir. Xahiş edirəm, bu tükənmiş və ac rejimdən kimsə ona xəbər etsin ki, mənim də nüvə düyməm var, həm də ondan daha çox və daha güclü: ondan fərqli olaraq, mənim düyməm işləyir”, - Tramp deyib.