Bəşər Cəfəri: Tramp bu yolla öz xalqının diqqətini dağıdır

Baxış sayı:
799

Suriya ABŞ Prezidenti Donald Trampın Qolan yüksəklikləri ilə bağlı açıqlamalarının hüquqi və ya faktiki nəticəsini tanımır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri deyib. O bildirib ki, Suriya bu açıqlamaları Yaxın Şərqin və bütün dünyanın sabitliyini və təhlükəsizliyini təhdid edən, düşməncəsinə və məsuliyyətsiz addım hesab edir:
“ABŞ-ın bu qərarı BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının qərarlarının qəbuledilməz pozuntusudur. Amerika rəhbərliyi bu bəyanatla öz vətəndaşlarının diqqətini daxili böhranlardan yayındırmağa çalışır. Bu yolla Tramp administrasiyası ABŞ-dakı İsrail diasporunun dəstəyini almağa və prezident seçkilərinə hazırlaşmağa çalışır".
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qolan yüksəkliklərində İsrailin suverenliyinin tanınması istiqamətində addımlar atmalı olduqlarını deyib.