Bərzaniyə 3 təklif: Ya təxirə sal, ya da...

Türkiyə, İraq və İran sabah baş tutması gözlənilən referendumla bağlı Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzaniyə 3 təklif irəli sürüb.
 
İrandan Ərbilə yollanan heyət Bərzaniyə 3 ölkənin təklifini çatdırıb.
Təklifdə “ya münaqişəli bölgələrdə referendum keçir və müharibəni qəbul et”, “referendumu yalnız Şimali İraq Kürd Muxtariyyətində keçir”, “referendumu təxirə sal və ya ləğv et” şərtləri irəli sürülüb.
M.Bərzaninin bu gün baş tutacaq mətbuat konfransında qərarını açıqlayacağı gözlənilir./axar.az