Bərzaninin dəstəklədiyi Suriyalı Kürd qrupdan QALMAQAL AÇIQLAMA

Baxış sayı:
750

Bərzani hökuməti tərəfindən dəstəklənən Suriya Kürd Milli Şurasının (ENKS) Suriya Müxalifət Koalisiyasındakı nümayəndəsi Fuad Eliko, Türkiyənin Afrinə qarşı keçirmək istədiyi əməliyyat haqqında qalmaqal bir açıqlama verib.
 
Bərzani hökuməti tərəfindən dəstəklənən Suriya Kürd Milli Şurasının (ENKS) Suriya Müxalifət Koalisiyasındakı nümayəndəsi Fuad Eliko, Türk ordusunun Afrinə girəcəyinə inanmadığını deyib.
 
Fuad Eliko, "Müharibənin daha çox YPG-nin ASO-dan aldığı regionlarda baş verəcəyini düşünürəm. Əməliyyat əsasən Tel Rifat, Minniğ və ətraf kəndlərdə olacaq. Şiddətli qarşıdurmalar baş verəcək və bu bölgələr alınacaq. ABŞ, Türkiyənin Afrinə girməsinə izn verir. Görünən odur ki, Rusiya da Türkiyəyə yaşıl işıq yandırıb. Türkiyə, Rusiya və ABŞ-ın razılığı olmadan bir kəndə belə girə bilməz" deyə, söyləyib.
Afrin əməliyyatının regionda daha çox qarışıqlığa səbəb olacağını deyən Eliko, "Afrinnin kəndlərini hədəf alan hər bir gülləylə ENKS-i deyil, PYD/YPG-ni gücləndirəcəklər" – deyə, qalmaqal və absurd fikirlər səsləndirib. Arda-arda gələn bu cür açıqlamalar göstərir ki, kürd liderlər artıq xəyallarının dəfn edilməsinə az qaldığının fərqinə varıblar. Bu cür açıqlamalar da sadəcə Türkiyəni geri çəkilmək, çəkindirici olmaq üçün edilir. Ancaq anlamırlar ki, söhbət Türkiyənin təhlükəsizliyi məsələsi olunca artıq burada hər hansı qızrmızı xətlər, yaxud çəkindirici dünya gücləri amili rol oynamır.
Müxalifət.az