Bərzani höküməti ilə Bağdad arasında 6 maddəlik UZLAŞMA - DETALLAR

Baxış sayı:
801

İraq Kürdüstan Regional Rəhbərliyi ilə İraq mərkəzi hakimiyyəti arasında Kürdüstan referendumundan sonar mövcud olan gərginlik dialoq ilə həll edilməyə çalışılır.
 
İraq Nazirlər Kabinetinin baş katibi Mehdi Altının başçılığı ilə bir heyət bu gün səhər Ərbilə gəlib. Heyət, Daxili İşlər Nazirliyinin binasında bəzi görüşlər keçirib. Toplantıdan sonra Ərbil ilə Bağdad nümayəndə heyətlərinin keçirdiyi birgə mətbuat konfransında, iclasda asayiş, sərhəd qapıları, hava yolları, gömrük, gömrük qapıları, sədd və neft məsələlərinin müzakirə edildiyi bildirilib. Açıqlamada, Ərbil ilə Süleymaniyyə hava limanlarının xarici xətlərə açılması məsələsində Ərbil ilə Bağdadın 6 maddə üzərində razılaşdığı qeyd edilib.
“Rudaw”ın xəbərinə görə, üzərində razılaşma əldə edilən 6 maddə bunlardır:
1.Ərbil və Süleymaniyyə hava limanları İraq Mülki Aviasiya Təşkilatının Qanunlarına sadiq qalacaq.
2.Ərbil ilə Süleymaniyyə uçuşlar ikitərəfli həyata keçiriləcək.
3.Meteorologiya, asayiş və uçuş təhlükəsizliyi nümayəndələri Ərbil ilə Süleymaniyyə hava limanlarında davamlı olacaq.
4.Problemlərin həll edilməsinə dair pilotların adi iclasları İraq Mülki Aviasiya rəhbərliyi altında keçiriləcək.
5.Ərbil ilə Süleymaniyyə hava limanlarına təyinatlar İraq Mülki Aviasiya Təşkilatı tərəfindən həyata keçiriləcək.
6.Ərbil ilə Süleymaniyyə hava limanlarında İraq Mülki Hava Qurumu Haqqında Qanun 2008-ci il 5-ci sayına uyğun olaraq icarə sistemi tətbiq olunacaq. Buna görə hava limanları rəhbərliyi aylıq olaraq məlumatlandırılacaq.

Müxalifət.az