Bərzani Amerikalılara yalvardı: “Türkiyə Fərtın şərqindən sonra Kərkük və Mosula girəcək”

Baxış sayı:
4537

Keçmiş İraq Kürd Regional Rəhbərliyinin (IKBY) lideri Məsud Bərzani Ərbildə yüksək səviyyəli Amerika nümayəndə heyətini qəbul edib.
 
ABŞ-ın Suriyadakı strategiyası ilə bağlı İŞİD-la mübarizə nümayəndəsi Brett Makgurk ilə görüşən Bərzani, "Suriyalı kürdlərin gələcəyi mövzusunda narahatam" deyib. Bərzani Türkiyənin Fəratın şərqinə yönəlik keçirəcəyi əməliyyatdan da əndişələndiyini və bu əməliyyatdan sonra Türk ordusunun Kərkükə və Mosula da girə biləcəyi xəbərdarlığını edib.
 
YPG İLƏ PEŞMƏRGƏ GÖRÜŞÜR
 
Suriya Kürdüstan Demokrat Partiyasının üzvü Müslim Məhəmməd İKBY-də təlim keçən Suriyalı Peşmərgə komandirləri ilə terror təşkilatı YPG/PKK-lıların dünən ABŞ-ın himayəsində Suriyanın şimalında gizli bir toplantı keçirdiyini deyib.
Anadolu Agentliyinə açıqlama verən Suriya Kürdüstan Demokrat Partiyasının üzvü Müslim Məhəmməd, "Roj (Suriyalı) Peşmərgələrinin komandirləri ilə PYD-lilər dünən ABŞ-ın himayəsində Suriyanın şimalında gizli bir toplantı keçirib. İclasda İraqdakı Roj Peşmərgələrinin Suriyanın şimalına qayıdış məsələsi müzakirə olunub" deyib.
Müxalifət.az