​Britaniyanın rus təyyarəsində NƏ AXTARDIĞI BİLİNDİ

Baxış sayı:
3127

Britaniya polisi “Aeroflot”un təyyarəsində daşınması qadağan edilən predmetlər axtarıb.
Bunu “Rossiya 24” televiziyasına açıqlamasında Londonda axtarışa məruz qalan “Aeroflot” təyyarəsinin komandiri Vitali Mitrofanov deyib.
 “Londona gəldikdən sonra beş-altı nəfər itlərlə təyyarənin göyərtəsinə qalxdı və ekipaja təyyarəyə qadağan olunmuş predmetlərin daşınmasıyla bağlı baxış keçirəcəklərini dedilər. Mən yeganə adam idim ki, təyyarədə qalmağıma izn verildi. Baxış beş-yeddi dəqiqə çəkdi. Mən hətta onların fəaliyyətini belə izləyə bilmədim”, – deyə o bildirib.
Qeyd edək ki, dünən Britaniya polisi “Aeroflot” təyyarəsində axtarışa başlayıb. Axtarışla bağlı heç bir izahat verilməyib və ekipaj təyyarədən düşürülüb. Yalnız Rusiya səfirliyinin hadisəyə müdaxiləsindən sonra axtarışda komandirin iştirakına izn verilib.
Rusiya Britaniyaya baş verən insidentlə bağlı nota təqdim edib./axar/