​Britaniya şahzadəsinin keçmiş sevgilisi ilə TELEFON DANIŞIQLARI YAYILDI

Baxış sayı:
307

Böyük Britaniya şahzadəsi Harri ilə keçmiş sevgilisi Çelsi Deyvinin telefon danışıqları üzə çıxıb.
Muxalifət.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Şahzadə Harri toyundan bir gün əvvəl 7 il sevgili olduğu ilk böyük məhəbbəti Çelsi Deyvi ilə sonuncu dəfə telefonda danışıb. İddia olunur ki, keçmiş sevgililər telefonda vidalaşıblar.
 “Daily Express” qəzetinə danışan mənbə "Bu onların son söhbəti idi. Çelsi çox həssas idi, göz yaşlarını saxlaya bilmədi və demək olar ki, toya getməkdən də imtina edəcəkdi. Lakin sonda razılaşdı və Harriyə söz verdi ki, gələcək", - deyə bildirib.
Xatırladaq ki, Çelsi şahzadə Harri ilə Meqan Marklın nikah mərasimində iştirak etmişdi. Gənc xanımın nikah zamanı duyğusallaşdığı anlar kameralara da əks olunmuşdu.
Mərasimin ardından Çelsi Deyvi yeməyə də qatılıb. Ancaq “Vanity Fair” jurnalının xəbərinə görə, Deyvi axşam əyləncəyəsində iştirak etməyib.
Məlumat üçün bildirək ki, tez-tez küsüb barışmaları ilə gündəmə gələn Şahzadə Harri və Çelsi Deyvi 2004-cü ildə tanış olub, onların münasibətləri 2011-ci ildə rəsmən bitib.
Milyarder qızı olan Çelsi şahzadən ayrıldıqdan sonra doğulduğu anadan olduğu Zimbabveyə gedib.