Britaniya polisindən çox danışılacaq plan

Baxış sayı:
8944

 İngiltərədə təhlükəsizlik qüvvələri 29 martda ölkənin Avropa Birliyindən ayrılışı baş verdikdən sonra yaşanacaq bir qiyamda kral ailəsi üzvlərini London xaricində etibarlı bir bölgəyə köçürüləcəyi planları hazırlayır.
 
 İngiltərədə “Brexit”in gerçəkləşəcəyi 29 mart tarixinə qısa bir müddət qalmış, təhlükəsizlik güclərinin Soyuq Müharibə dövründə aparılan təcili vəziyyət planlarını yenidən nəzərdən keçirdikləri bildirilib.
 
KRAL AİLƏSİ ETİBARLI BÖLGƏYƏ DAŞINACAQ
 
 İki qəzetdə yer alan xəbərə görə, İngilis rəsmiləri “Brexit”-dən sonra Londonda toqquşmalar baş verdiyi təqdirdə, başda kraliça II Yelizaveta olmaqla, kral ailəsi üzvlərini təhlükəsiz bölgəyə köçürəcək.
“The Times” qəzeti bu planların Soyuq Müharibə dövründə hazırlandığını, ancaq müqaviləsiz “Brexit” olduğu təqdirdə yaşanacaq mülki itaətsizlik hadisələri ilə əlaqədar olaraq yenidən planın bərpa olunduğunu irəli sürüb.
“Daily Mai”l xəbərində isə kral ailəsinin köçəcəyi bölgənin Londonun xaricində olacağı qeyd olunub.
Mühafizəkar deputat və “Brexit” tərəfdarı Yakob Rees-Mogg verdiyi açıqlamada, bu planların rəsmilərin müqaviləsiz ayrılıq variantına qarşı lüzumsuz həssaslıq göstərdiyini söyləyib. Rees-Mogg yüksək səviyyəli kral üzvlərinin 2-ci Dünya Müharibəsi zamanı London bombalandığında belə şəhərdə qaldıqlarını xatırladıb.
Ancaq daha əvvəl kral ailəsinin qorunmasından məsul olan bir polis əməkdaşı Dai Devis “Times”-a verdiyi açıqlamada, "Əgər Londonda problemlər olsa, qəti olaraq kral ailəsinin kritik bölgələrdən uzaqlaşdırarsınız" deyib.
Müxalifət.az