Britaniya ordusu İŞİD-in edam mərasimini vurdu

Britaniya ordusu Suriyada İŞİD terror təşkilatının həyata keçirdiyi kütləvi edam mərasimini 3 min kilometrdən idarə olunan PUA vasitəsi ilə vurub.
Axar.az xəbər verir ki, sözügedən əməliyyatın görüntülərini yayan Britaniya ordusu Əbu Kamal qəsəbəsində təşkil olunan edam mərasimini “Hellfayr” raketləri ilə bombaladıqlarını açıqlayıb.
Məlumata görə, İŞİD iki yük maşınına doldurulmuş adamları edam etməyə hazırlaşanda ordu sərrast zərbə ilə həmin ərazini, xüsusən əhalini müşahidə edən snayperi vurub. Bundan sonra kütləvi edam mərasimi dağılıb