​Britaniya Maduronun qızıllarını vermədi: 550 milyon dollar...

Baxış sayı:
12292

Venesuela Prezidenti Nikolas Maduro bir müddət öncə Britaniyadan ölkəsinin qızıl ehtiyatlarını gətirmək istəyib.
Muxalifet.az xəbər verir ki, bu məlumatı “Tayms” qəzeti yayıb. Məlumata görə, Britaniya Maduronun qızıl ehtiyatlarını ölkədən aparmağa izn verməyib. Londonun bu addımına Maduronun 550 milyon dollar dəyərindəki qızılı mənimsəyəcəyi şübhəsi səbəb olub.
“Röyter” agentliyi isə Maduronun qızılları beynəlxalq sanksiyalardan qorxduğu üçün ölkəyə gətirtmək istədiyini bildirib.
Qeyd edək ki, Venesuelanın hazırda Britaniyada 15 ton qızıl ehtiyatı var.