​“Brexit”ə dair ikinci referendum keçirilməyəcək” - TEREZA MEY

Baxış sayı:
646

Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə əlaqədar ikinci referendum keçirilməyəcək.
Muxalifət.az apa-ya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib.
“Daha bir referendum olmayacaq. Parlament Britaniya ictimaiyyətinə seçim hüququ, ictimaiyyət isə qərarını verib”, deyə baş nazir vurğulayıb.
Yanvarın 16-da Avropa İttifaqı Şurasının sədri Donald Tusk Avropa Parlamentində çıxış edərkən deyib ki, Böyük Britaniya hələ də “Brexit”lə bağlı qərarını dəyişib, Avropa İttifaqında qala bilər.
Qeyd edək ki, 2016-cı ildə keçirilən referendumda britaniyalıların 51,9%-i krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib. 2017-ci il, fevralın 1-də isə Britaniya parlamentinin İcmalar Palatası “Brexit” prosedurunun başlanmasına səs verib.