“Brexit” anlaşmasında tarix bəlli oldu

Baxış sayı:
2500

Aİ Şurasının sədri Donald Tusk, “Brexit” anlaşmasının imzalanması üçün noyabrın 25-də sammit keçiriləcəyini açıqlayıb.
 
Aİ Şurasının sədri Donald Tusk, Britaniyanın Avropa İttifaqından çəkilməsi ilə bağlı olaraq Aİ Komissiyası ilə Britaniya arasında varılan razılaşmanın təsdiq olunması üçün Avropa Birliyi üzvü olan ölkələrin dövlət və hökumət başçılarını 25 noyabrda toplantıya çağıracağını bildirib.
Tusk, "Əgər fövqəladə bir hadisə olmazsa, “Brexit” razılaşmasını sona çatdırmaq və rəsmiləşdirmək üçün Avropa Şurasının iclasını keçirəcəyik. İclas 25 noyabr bazar günü saat 11.00-da keçiriləcək" deyib.
Tusk açıqlamasında, Aİ Komissiyası ilə Britaniya arasında varılan razılaşmanın Avropa Birliyinin məqsədlərini və həyati maraqlarını təminat altına aldığını vurğulayıb.
Müxalifət.az