Brazilyanın yeni prezidentinin oğulları da İsrail “uşaqları” çıxdı

Baxış sayı:
706

Braziliyadakı seçkilərdə prezident seçilən Jair Bolsonaronun iki oğlu da İsrailin heyranı çıxıb. Prezidentin böyük oğlu Karlos Bolsonaro, İsrail kəşfiyyatı MOSSAD-in, qardaşı Eduardonun da İsrail ordusunu təşviq edən qolsuz köynək geyməsi diqqət çəkib. Braziliyada prezident seçilən hərbi mənşəli ifrat sağçı Jair Bolsonaronun özü kimi, iki oğlunun da İsrail pərəstişkarı olduqları ortaya çıxıb. İki qardaşın, İsraildə bir Yəhudi yaşayış bölgəsində çəkilmiş 2016-ci ilə aid sosial medaiadakı profil şəkillərində bir İsrail futbol komandasının və silahlı bir adamın təsvir olunduğu qolsuz köynəklə poza verdikləri görünür. İlk təbrik İsraildən gəlmişdi Qeyd edək ki, Brazilya seçkisindədə səslərin 55 faizini alan Fələstin düşməni Bolsonaroya ilk təbrik məhz Təl-Əvivdən gəlmişdi. Kampaniya dövründə "Fələstin bir ölkə deyil" deyən irqçi liderin, ölkəsinin səfirliyini Qüdsə köçürməsi gözlənilir. Müxalifət.az