​Braziliyada həbsxanada qiyam: ÖLƏNLƏR VAR

Baxış sayı:
2298

Braziliyanın Qoyas ştatındakı həbsxanada qiyam baş verib.
Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı “Qlobu” saytı yayıb.
Həbsxanada insident bir-biri ilə rəqabət aparan iki qruplaşma arasındakı konflikt nəticəsində yaranıb. Qiyam nəticəsində 9 nəfər ölüb, 14 nəfər yaralanıb. Öldürülənlərdən birinin başı kəsilib. Qiyam zamanı həmçinin 106 məhbus həbsdən qaçıb. Onlardan 29-nu həbs etmək mümkün olub.