​Bəraət almaq üçün 96 milyon dollar ödədi

Baxış sayı:
6157

Misirin polad maqnatı və Hüsnü Mübarək dövrünün siyasi xadimi, ona qarşı cinayət işinin bağlanması üçün nə az, nə çox 1,7 milyard misir funtu (96 milyon dollar)ödəyib.
Muxalifet.az xəbər verir ki, bu barədə Misirin MENA xəbər agentliyi məlumat yayıb.
“Prokuror Nabil Sadiqin rəhbərliyi altında, ölkə xaricindən maliyyə vasitələrinin və aktivlərin qaytarılması üzrə milli komissiya çərşənbə günü sahibkar Əhməd İzlə barışığa getməyə razılaşıb” – deyə bəyanatda deyilir.
Əvvəllər Misirdə Milli Demokratik partiyanın rəhbərlərindən olan Əhməd İz 2011-ci ildə Mübarək rejiminə son qoymuş kütləvi iğtişaşlarından sonra, bir sıra dövlət məmurları ilə yanaşı korrupsiyada ittiham olunub və barəsində həbs qətimkan tədbiri seçilib.