“BP şirkəti havanı zəhərləməkdə davam edir” - Mirvari QƏHRƏMANLI

Baxış sayı:
4339

“Ətraf mühitə atılan tullantılarla əlaqədar BP şirkəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2015 də 157, 2016-da 169 , 2017-ci ildə isə 184 min manat məbləğində cərimə olunmuşdur”.
Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirb.
 
“BP rəhbərliyi niyə cinayət məsuliyyətinə cəlb olunmur?
 
Qəhrəmanlı qeyd edib ki, cərimələrin davamı və artması göstərir ki, BP şirkəti fəsadları aradan qaldırmaq niyyətində deyil: “BP şirkəti isə havanı, suyu tullantılarla zəhərləməkdə davam edir. Ölkə əhalisinin sağlamlığına ziyan vuran şirkət rəhbərliyi isə cinayət məsuliyyətinə cəlb olunmur. Niyə?”
“Öz ölkəsi olsaydı, belə etməzdilər. Ona görə ki, bir dəfə cərimədən sonra onları daha ciddi cəzalandırardılar”, - deyə NHMT sədri deyib.
 
“SOCAR da ətraf mühitə vurduğu ziyana görə ədalətli cəzalanmır”
 
M. Qəhrəmanlı onu da əlavə edib ki, SOCAR da ətraf mühitə vurduğu ziyana görə ədalətli cəzalanmır: “Yola verirlər”.