Böyük FƏLAKƏT: ölənlərin sayı 832 nəfərə çatdı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - FOTO/VİDEO (YENİLƏNDİ)

Baxış sayı:
2374

İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami nəticəsində ölənlərin sayı 832-yə çatıb.

Bu məlumatı ölkənin Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Agentliyin rəsmi nümayəndəsi Sutopo Nuqroxo təsdiqləyib.

***

İndoneziyada baş verən zəlzələ və sunamı nəticəsində ölənlərin sayı 420 nəfərə çatıb.

TASS xəbər verir ki, bu barədə ölkənin Rabitə və İnformasiya Nazirliyinin nümayəndəsi Ferdinandus Setu məlumat yayıb.

Sentyabrın 28-də Sulavesi adası sahillərində 7,4 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi elan olunub.

***

İndoneziyanın Sulavesi adası sahillərində 7,4 bal gücündə zəlzələ və ardınca sunaminin baş verməsi nəticəsində ölənlərin sayı 384 nəfərə çatıb.

“RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda mətbuat konfransında təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli İdarənin nümayəndəsi bildirib.

Daha 356 nəfərin xəsarət aldığı bildirilir.

zəlzələ baş verib. Onun ardınca sunami yaranıb, dalğaların hündürlüyü 2 metrə çatıb.