Böyük Britaniyadan Türkiyəyə tam dəstək: ARXANIZDAYIQ

Baxış sayı:
4018

İngiltərənin xarici işlər naziri Ceremi Hunt, Səudiyyəli jurnalist Camal Qaşıqçı hadisənin ölkəsini narahat etməyə davam etdiyini bildirib.
 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Londonda keçirdiyi görüşdən sonra yazılı bir açıqlama edən Hunt, "Camal Qaşıqçı hadisəsi dərin bir narahatlıq mənbəyi olaraq qalır. Bu gün şəxsən cənab Mövlud Çavuşoğluna da təkrar etdiyim kimi, İngiltərə Türkiyənin hadisəylə bağlı araşdırmasını tamamilə dəstəkləyir" deyə qeyd edib.
“Səudiyyə Ərəbistanını istintaqla bağlı tam əməkdaşlığa çağırırıq" deyən Hunt, "Qaşıqçı-nın ortadan itməsi ilə əlaqədar olaraq təkcə Səudiyyə Ərəbistanının cavab verəcəyi suallar var" deyə söyləyib.
Səudiyyə Ərəbistanının kralı Salman ilə prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən üzərində razılaşdığı birgə işçi qrupunu məmnuniyyətlə qarşıladıqlarını bildirən Hunt, Səudiyyə Ərəbistanının hadisə ilə bağlı başlatdığı daxili araşdırmanı və dəlillərin tələb edildiyi təqdirdə vəzifəlilərdən hesab sorulması qərarını da müsbət qiymətləndirdiklərini qeyd edib.
Qeyd edək ki, Hunt ilə Çavuşoğlu Londonda təxminən 1 saat mətbuata qapalı olaraq görüşüb.
Müxalifət.az