Böyük Atatürkün də sonadək bacarmadığı... – CƏHALƏT - III HİSSƏ

Baxış sayı:
10099

Hər cür pislik kimi din cəhaləti də bizim üçün sağlam olmayan ortamda (şəraitdə) oluşa bilir Bəli, tariximizdə çox acı görülən odur ki, çökmüş Osmanlı Dövlətinin yerində, Mustafa Kamalın başarısıyla, Türk millətinin özgürlüyünün qazanılmasında uğurla hüquqi baza rolunu oynamış Türkiyə Böyük Millət Məclisi, 1930-cu ildə İsmət İnönünün başqanlığında, Türkiyə Cümhuriyyətinin demokratik idarəçiliyə keçilməsi cəhdinin qarşısının alınmasında əsas və üzücü (məşum) bir rol oynamışdır ki, buna da səbəb onların əksərən geri düşüncəli olmaları olmuşdur... Bildiyiniz kimi, müsəlman Şərqinin düşüncəsi, əsarətində olduğu bədəvi ərəbin yarımvəhşi görüşləri əsasında formalaşmışdır. (Əvvəli bu linkdə: Böyük Atatürkün də sonadək bacarmadığı... - CƏHALƏT / II HISSƏ) Demokratik seçki, özü özlüyündə, hələ heç də çağın ən üstün dəyərlərinə sahib olmaq demək deyildir. Demokratya toplumun öz keyfiyyətindən ən üstünlərini ortaya çıxarır, ona kənardan üstün keyfiyyət əlavə etmir. Başqa sözlə, demokratya toplumun xasını başa gətirir. Lakin bu, hələ heç də dünyada ən yaxşısı anlamına gəlməz, toplumun əksəriyyətinin daşıdığı keyfiyyətin ən üstünü anlamına gələr. Bu fikri daha da xırdalasaq, əgər toplumun çoxu üstün dəyərlərə sahibdirsə demokratik seçki ilə özünün ən yaxşısını öz başına gətirər, yox əgər toplum əksərən savadsız və cahildirsə, onda demokratik seçkiylə öz başına özünə uyğun, ən çox mənfi işarəli birisini, daha dələduzunu gətirəcəkdir. Məsələn, necə ki, kriminal aləmdə cinayətkarların arasından ən bacarıqlı oğru, oğrubaşı (vorzakon) seçilir. Beləsindən toplumun faydasına nəsə gözləmək axmaqlıqdan başqa bir şey deyildir. Belələləri hakimiyyətə gələrsə, toplumda başqasının haqqını, əmlakını oğurlama üsullarını təkmilləşdirəcəkdir, necə ki, edirlər, çünki qafasında başqa şey yoxdur, olan budur... Odur ki, cahil, savadsız toplumun seçkisindən yaxşı, keyfiyyətli başçı seçilməsini əsla gözləməyin. Deməli, çağın ən üstün dəyərlərinə malik olmaqdan ötrü öncə toplumun keyfiyyətini müsbətə doğru dəyişmək, yəni ona ən üstün dəyərləri öyrətməklə qandırmaq (maarifləndirmək) lazımdır. Bunu etmək görəvlilərin birbaşa, aydınlarınsa mənəvi borcudur. Yalnız çağın ən üstün dəyərlərini bir yaşam tərzi olaraq mənimsəmiş toplum, demokratik seçki ilə öz başına müsbət işarəli ən üstünlərini gətirə bilər. Dünyanın çox acı tarixindən göründüyü kimi, dünyəviliyə, bilimə qarşı olan, dini təməllər üzərində qurulan, siyasətlə məşğul olmaq hakimiyyətə gəlmək istəyən hər cür qurum, partiya, hərəkat... topluma ziyanlı kimi qadağan edilməlidir. Habelə, bir sinifin, sosial qrupun, başqaları üzərində hegemonluğu iddiası ilə hakimiyyətə gəlmək istəyən, milli simasız, liberal dəyərsiz kommunist partiyaları törətdikləri cinayətlər, kütləvi qırğınlar suçlarından dolayı, topluma ziyanlı kimi qadağan edilməlidir. Çünki demokratya, liberal dəyərlər, insan azadlığına və topluma zidd olanı rədd edir. Millətçiliyin, yəni özünə layiqli dəyər vermənin, liberal dəyərli demokratik dövlətçiliyin qənimi olan, yarımvəhşi ərəb düşüncəsinə əsaslanan İslam ümmətçilik görüşləri, ərəb olmayan müsəlmanların, o cümlədən türklərin mənəviyyatının və milli birliyinin dağıdıcısıdır, desək, yanılmarıq. Məsələn, M.K.Atatürün “Nutuk”undan (2005,AlFA Basım Yayım Dağıtım San. ve Tic. Ltd. Şti.,www.alfakitap.com, info@)alfakitap.com) oxuyuruq, Türkiyəni yabançı işğalından qorumaq üçün Qurtuluş Savaşını başladan Mustafa Kamal Paşa və Refet Beyin tutulub İstambula göndərilməsi barədə, Sultan Vahdetdinin (o, həm də Xəlifə, yəni, ali dini başçı idi) 30 iyul 1919-cu il tarixli fərmanı (səh.54)..., İstambul mollası Molla Saitin, İstambuldakı ingilis Papazı (keşişi) Mister Frevə, onun puluyla casusluq edərək, Türkiyədə ingilislərə qarşı olan qüvvələr, o cümlədən Qurtuluş Savaşı aparan Mustafa Kamal Paşa haqqında məlumatlar dolu yazdığı 12 məktubu (səh.223-230) və sairə, sonsuza qədər bütün müsəlman Şərqinin tarixi... Təsəvvür edirsinizmi, ölkə işğal olunub, Osmanlı dövləti çöküb, Anadoludan, Qurtuluş Savaşı aparan milli vətənpərvərlər baş qaldırıb... Osmanlı Sultanı Vahdətdin isə, özünün 600 illik dövlətinin bacarmadığı, yabançı əsarətindən qurtarıcı missiyasını öz üzərinə götürən yarıac, imkansız kişilərə yardım etmək əvəzinə... xəzinəsini də götürərək, alçaqcasına, savaşdığı İngilis hərb gəmisinə sığınıb xaricə qaçmaqla öz xalqından canını qurtarır... bu qədər bəsit bir rəzillik... Mən əminəm ki, əgər Sultan fərarilik etməyib, öz gücünü türk millətinin yenilikçilərinin, Qurtuluş Savaşçılarının gücünə qatsaydı, tarixi statusunu mümkün formada qorumaqla, özü də, nəsli də indi vətəni Türkiyədə şərəflə yaşayırdı. Eynən İngiltərədə, İspaniyada, Hollandiyada, Danimarkada, Yaponya və başqa ölkələrdə olduğu kimi. Amma, etmədi, çünki özünü bu millətdən saymır, ondan üstün tuturdu, anası ingilis Henriet (Gülüstan sultan) idi, bəlkə də türklüyü yox etmək missiyasını sonacan sədaqətlə yerinə yetirməyə çalışdı (bunu aydınlaşdırmaq üçün ingilis xarici xidmətinin arxivinə baxmaq lazımdır). Elə Molla Sait kimi... necə ki, milli simasız müsəlmanlar “Keşkə, Yunan qazanaydı (Qurtuluş Savaşını,yəni)” deyirlər, ancaq, milli mənlik şüuru olan türk kişisinin dirənişi üzündən bu xəyanətkarlıqlar alınmadı. Başda Böyük Britaniya olmaqla, həmin Avropa dövlətlərinin krallarının, iqtidarlarının öz soylarının təmizliyini qorumaları, mümkün qədər öz ailələrinə yadların alınmaması tələbinə ciddi əməl etmələri onların milli birliklərinin saxlanılmasının təməl prinsiplərini təşkil etmişdir. Bu, çox qiymətli sosial dəyərin tam əksi olaraq, bütün müsəlman Şərqində hökmdarlar öz soylarının təmizliyini hakimiyyət qolu kimi yetərincə qorumamış, ailələrini, həm də toplumun faydasına deyil, daha çox öz şəxsi keflərinin istəyi üzərində qurmuş, İslam təməlçiləri və Quranın örnəkləri əsasında onlarla, bəzənsə yüzlərlə arvad saxlamışlar ki, bu da onların soylarının və hakimiyyət qollarının zibillənməsinə səbəb olmuşdur. Məsələn, İran şahı Fətəli şah Qacarın 189 arvadı, 260 uşağı (144 oğlan, 116 qız, Vikimənbə), cəmi 40 Osmanlı sultanının isə 32-nin anası türk olmamış, xristian (II Abdülhamidin anası erməni Virjin, yəni, Tirimüjqan sultan),(Qızılbaş TV,29.12.2016) olmuşdur. Fətəli Şahın ikinci oğlu, Azərbaycan valisi Abbas Mirzə, ruslara qarşı döyüşmək üçün yardım almaq məqsədilə, Osmanlı Sultanı II Mahmudla görüşərkən, Sultanın ona yarı zarafat, yarı ciddi: “Atana de ki, arada bir dövlət işlərilə də məşğul olsun”, deməsi, Fətəli Şahın dövlət işlərindən daha çox eyiş işrətlə məşğul olmasına işarə idi... Sual oluna bilər ki, nədən bəzi ölkələr monarxı, krallığı məhdud səlahiyyətlərlə, bəzən də özlərinin tarixi dəyərləri kimi formal bir institut olaraq qoruyub saxladılar, ləğv etmədilər? Məncə, bu ona görə mümkün oldu ki, əsrlərcə mütləq hakim olan bu monarxlar, siyasi qurluş dəyişilən zaman öz xalqlarına qarşı olmadılar, nə qədər konservativ olsalar da, köhnə qurluşun saxlanılmasına nə qədər dirəniş göstərsələr də, lakin, son anda öz xalqlarının yanında olmağı bacardılar, ondan ayrı yaşamağı istəmədilər, öz xalqları ilə düşmənçilik etmədilər. Çünki, onlar iqtidarlığı zamanı da mənən öz millətlərindən ayrı olmadılar, əksinə, öz xalqlarının taleyüklü məsələlərini bölüşdülər. Görünür, hakim kimi nə qədər fərqli statusda olsalar belə, bizdən fərqli olaraq, onlarda, qarşıdakını özündən və özü kimi insan saymaq, dinləmək, dərdini bölüşmək mədəniyyəti olub... bu mədəniyyəti özləri yaradlblar. Elə bu, üstün qabiliyyətləri üzündən də İngiltərə, dünyada siyasi vəziyyət dəyişəndə, dünyanın dörddə birini təşkil edən, 36.6 milyon kv/km-lik imperya ərazisi və 458 milyon əhalisi olan, 16 ölkədən ibarət müstəmləkələrini (oxu, düşmənlərini)... tərəfdaşlarına çevirib, özlərinin başçılıq etdikləri iqtisadi birliklərini yarada bildilər, sonucda sənayelərinin xammal mənbələri əllərində qaldı, onları itirmədilər, bu gün də layiqincə əməkdaşlıq edirlər. Bu gün xammal mənbələri axtaran əsasən başqa dövlətlərdir... Sonda görkəmli insanların bu mövzuyla səslənən fikirlərini sunuram ki, deyiləni qavramaq asan olsun: M.F.Axundov: “Ərəblər bizim minillik səltənətimizi yıxdılar, şan və şövkətimizi bərbad etdilər, vətənimizi elə xarabadn da xarab etdilər ki, bu günə qədər abad etmək mümkün olmayıbdır.” FB,Gabala,18.12.2016. M.K.Atatürk: ”Size seslenyorum, unutmayın ki, en böyük savaş, cehalete ve gerilige karşı yapılan savaştır.” FB, Atatürk Felsefemiz, 27.05.2016. Riçard Nikson, keçmiş ABŞ prezidenti: “Müsülman ülkelerinde demokrasi ve layiklik olmasına izin verməyiz. Egitim sisteminin ve ülke idaresinin din temelleri üzerinde kurulması gerekyor. Başlarındakı çoban ele getirince, ölkeyi biz yönetiriz. Bu doğrultunda tedbirler almak zorundayız.” FB, “Vatanseverin sesi.”,05.01.2017. Uniston Çörçill, İngiltərə Baş Bakanı: “Türkleri savaşark, asker ve silah kullanarak asla yenəməzsiniz. Türklerin sadece din adamlarını ele geçirip, onları kullanın! Onlar zaten devleti yıkarlar!” FB, Dilber Hesenbeyli, 06.09.2015. Necə ki, bu gün yıxıblar... Mark Tven, yazıçı: “Din, ilk dolandırıcının (dələduzun) ilk ahmakla karşılaşdığı gün icad edildi.” FB, Curət Əhmədli, Dünya Azərbaycan Ateistlər Birliyi, (DAAB), 31.10.2018. La Martine: “Türkler bir irk ve millet olarak yeryüzünün en şerefli insanlarıdır.” FB, Çağrı Çehreqanlı, 29.09.2014. Hüseyn Cavid: “Turana qılıncdan daha kəskin, ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət.” Bütün müsəlman Şərqinin tarixi və bu günkü həyatı yuxarıda deyilənlərə bariz sübutdur. Mənim bu yazım, kimsə, o cümlədən din cahilləri tərəfindən Kamalçılara qarşı ittiam kimi əsla kullanıla (istifadə edilə) bilməz, çünki, onların tənqidi sağlam düşüncəyə, türk millətinə xidmət etməz, əksinə, öz şəxsi, ərəb gerilikli, xəstə xəyallarını qorumaq istərlər... Ancaq mən inanıram ki, hansı bataqlığa salındıqlarını görən Atatürk Qurtuluş Savaşçılarının qanan yeni nəsli yenidən yapılanıb (təşkilatlanıb) toparlanacaq, əziz vətənlərini yarımvəhşi cəhalət üfunətindən qurtaracaq və çağdaş ölkələr sırasına qatacaqlar. Məmmədxan Əzizxanlı, 30.12.2018-ci il, Bakı.