"Boyinq" çətin durumda: Daha bir ölkə imtina etdi

Baxış sayı:
8425

Efiopiyada baş verən təyyarə qəzası dünyanın aparıcı təyyarə istehsalçılarından olan “Boyinq” şirkətini çətin vəziyyətə salıb. Hazırda dünyanın bir sıra ölkələri və aviaşirkətləri “Boyinq 737 Max 8” tipli təyyarələrin istifadəsini dayandırıblar.
Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, bir sıra Avropa ölkələri kimi, Avstriya da “Boyinq 737 Max 8” tipli təyyarələrin bu ölkənin hava məkanına daxil olmasını qadağan edib. Avstriya Nəqliyyat Nazirliyinin qərarına əsasən, qərar martın 12-dən 13-nə keçən gecədən etibarən qüvvəyə minir.
Hazırda Avropada Fransa, Almaniya, İrlandiya, İtaliya, Niderland və Böyük Britaniya hava məkanını bu tip təyyarələr üçün bağlı elan edib.