​ “Borçalı” İctimai Birliyi xalqımızı Novruz Bayramı münasibətilə TƏBRİK EDİR!

Baxış sayı:
3424

Azərbaycanın ən qədim bayramlarından olan Novruzun gəlişi ölkəmizdə böyük təmtəraqla qarşılanmaqdadır. Bu gün Azərbaycanda həm ilaxır çərşənbə - Torpaq çərşənbəsi, həm də Novruz bayramı qeyd edilir.
“Borçalı” İctimai Birliyi bu gözəl gün - Torpaq çərşənbəsi və Novruz Bayramı münasibətilə Azərbaycan xalqını, ölkəmizdən kənarda yaşayan soydaşlarımızı təbrik edir.
Təbrikdə deyilir:
“Əziz soydaşlar! Bu il yurdumuza yaz fəsli 20 mart saat 20:15:30-da daxil olacaq və bu gün bayram axşamı kimi qeyd edilməkdədir.
“Borçalı” İctimai Birliyi xalqımızın uzun illərdir fərqli adət-ənənələrini yaşatmaqda olduğu Novruz Bayramı münasibətilə hər bir Azərbaycan vətəndaşını və ölkəmizdən kənarda yaşayan soydaşlarımızı təbrik edir!
Arzu edirik ki, bu gün qarşıladığımız Novruz Bayramı xalqımıza bol-bol ruzi-bərəkət gətirsin, ölkəmizdə sülh və əmin-amanlıq olsun!
Bir daha bayramınız mübarək!”
 
Muxalifet.az