​Bomba həyəcanı: 70 min insan təxliyə edildi - ÖLKƏ TƏŞVİŞ İÇİNDƏ

Almaniyanın Frankfurt şəhərində II Dünya Müharibəsindən qalmış böyük bir bomba tapılıb.
Muxalifet.az publika.az-a istinadla xəbər verir ki, bombanın zərərsizləşdirilməsi üçün yerləşdiyi bölgədəki 70 000 sakin təcili təxliyə edilib.
Təhlükəsizlik qüvvələri şəhərdə güvənlik tədbirlərini artırıb. Küçə və prospektlər tamamilə boşaldılıb. Bölgədəki 2 böyük xəstəxana, 2 qocalar evi də təxliyə edilib və 1 bankda yerləşən 1,7 ton qızıl təhlükəsiz yerə daşınıb.
Bombanın zərərsiz hala gətirilmə prosesi 12 saat çəkəcək.