​Bolton İrəvanda sərt danışıqlar aparacaq - Lukyanov açıqladı

Baxış sayı:
2167

Con Bolton Cənubi Qafqaza Dağlıq Qarabağ konflikti ilə bağlı gəlmir.
Muxalifet.az xəbər verir ki, bunu “168 Jam” qəzetinə açıqlamasında rusiyalı politoloq Fyodr Lukyanov deyib. Onun sözlərinə görə, Qafqazın İran və Suriyaya yaxınlığını nəzərə alsaq, Boltonun səfəri zamanı əsas diqqət məhz bu istiqamətlərə yönələcək.
O, İran və Suriya ilə bağlı ABŞ-ın mövqeyinin prinsipial olduğunu və bu mövqenin Bolton tərəfindən hazırlandığını bildirib. Lukyanovun fikrincə, Bolton bununla əlaqədar Qafqazda, xüsusilə Ermənistanda sərt danışıqlar aparacaq.
O, hələlik Qafqazın böyük dövlətlərin maraq dairəsinə düşmədiyini və buna görə də Dağlıq Qarabağ konfliktinin həll prioritetinin yüksək olmadığını iddia edib. Lukyanov Boltonun Qarabağ məsələsini müzakirə edəcəyini, amma buna daha çox diqqət ayıracağına inanmadığını söyləyib.