​Bolqarıstanlı jurnalistin qətli ilə bağlı bir nəfər saxlanıldı

Baxış sayı:
2329

Bolqarıstanda qətlə yetirilən 30 yaşlı jurnalist Viktoriya Marinovanın ölümündə şübhəli bilinən şəxs saxlanılıb.
Virtualaz.org xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu məlumat yayıb.
Şübhəlinin həbs olunduğunu ilə bağlı məlumat verilsə də, saxlanılmanın detalları açıqlanmır. Bolqarıstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin şəxs Moldova pasportuna malik Rumıniya vətəndaşıdır.
Hazırda hadisə yerində olan daxili işlər naziri Mladen Marinovun yaxın bir saat ərzində xüsusi bəyanatla çıxış edəcəyi gözlənilir.
Xatırladaq ki, Avropa İttifaqı fondlarından maliyyə vəsaitlərinin oğurlanmasını araşdıran jurnalist Viktoriya Marinovanın Bolqarıstanda zorlanaraq vəhşicəsinə qətlə yetirilib.