Bölgənin lider ölkəsi Türkiyədir

Baxış sayı:
1297

Serdar Turgut - Habertürk
 
Yaxın Şərqi və bölgəmizi haqda yazanların izləməsi lazım olan bir yayımdır “Al Monitor” saytı. “Türkiyənin nəbzi”, “Suriyanın nəbzi” kimi bölmələrdə bölgədəki hər bir ölkədə baş verən prosesləri və həmçinin Moskva və Vaşinqtonu müzakirə edib, elmi yazılar yazırlar.
 
 Bir müddətdir diqqətimi çəkir. Xüsusilə Suriya bölməsindəki xəbərlərə baxanda Türkiyənin nə qədər əhəmiyyətli, nə qədər böyük bir ölkə olduğunu aydın görə bilirsən.
Məsələn, təsadüfi seçdiyim bir gündə Suriya bölməsindəki ilk üç xəbər belədir:
 
1- “Fərat Qalxanı” regionunda Türkiyənin sosial, ictimai xidmət fəaliyyəti artır.
 2- Türkiyə regionda motorlu nəqliyyat bürosu yaratdı.
 3- Türkiyə gənc Suriyalılara peşə kursları açdı.
 
 Arxivlərində həmçinin Tükiyənin açdığı məktəblər, verdiyi səhiyyə xidmətləri, çəkdiyi yollar və infrastruktur sərmayələri ilə bağlı bir çox xəbər də var.
 Sadəcə o günkü xəbərlər də Türkiyənin regionda digər ölkələrdən nə qədər fərqli, nə qədər əhəmiyyətli bir iş gördüyünü açıqca göstərirdi.
 Digər ölkələr Suriya kontekstində yalnız hərbi qüvvələri ilə xatırlanarkən, buna da artıqlaması ilə malik olan Türkiyə “Yumşaq güc” ortaya qoyub, çox mühüm sosial işlərə imza atırdı.
 
TÜRKİYƏ QƏLBLƏRİ QAZANIR
 
Türkiyə regionda təkcə hərbi gücü ilə deyil, region insanının qəlbini də qazanaraq var olur.
 Vaşinqtondakı tərəfsiz ekspertlər Türkiyənin bu mövqeyinin əhəmiyyətini anlayırlar; Ölkənin siyasi gələcəyinin və yenidən inşasının danışılması mərhələsinə gəldikdə bunun Türkiyəyə böyük üstünlük verəcəyini qeyd edirlər.
 Bundan başqa, bölgədə YPG-yə qarşı aparılan mübarizədə də bu yumşaq gücümüzün çox mühüm təsiri var.
 Çünki YPG özünün regionda yeni bir idarəçilik modeli yaradacağını iddia edir.
 Onların bu iddiasına qarşı Türkiyə, "Hazırda edilənlərlə regionda düzgün sosial həyatı, infrastrukturu, tikinti, dövlət xidmətləri təkcə mən verə bilərəm" deyir və bunu hər gün insanlara konkret göstərir.
 Bu ana qədər olan konkret irəliləyişlər Ərəbi ilə, Kürdü ilə Suriya xalqının gələcəyinin Türkiyə olmadan inşa edilməsinin mümkün olmadığını göstərir.
 Bölgənin "əsl lideri Türkiyədir" dedikdə buna şübhə ilə yanaşanlar varsa, Şimali Suriyada nələr baş verdiyinə və oradakı xalqların Türkiyəni nə qədər sevdiklərinə baxsalar həqiqəti görəcəklər.
 Əsgərinin, kəşfiyyatının gücünü onsuz da dünyaya göstərmiş olan Türkiyə, prezident Ərdoğan sayəsində regionda ortaya böyük bir viziyon qoyur. Bu vizyonun orta-uzun perspektivdə bütün Yaxın Şərqdə nəticələrinin görüləcəyinə əminəm mən.
Hazırladı: Müxalifət.az