​Boksçumuz Olimpiya Oyunlarına lisenziya qazandı

Baxış sayı:
7972

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyinə yekun vurulub.
Muxalifet.az  xəbər verir ki, Azərbaycan millisi yarışı 1 qızıl və 1 gümüş medalla başa vurub. 
Vaqif Şirinovun yetirmələrindən Nurlan Səfərov (60 kq) Avropa çempionu tituluna yiyələnib.
Həmyerlimiz gərgin keçən final döyüşündə hollandiyalı Peer van Cası 3:2 (29:28, 29:28, 27:30, 29:28, 27:30) hesabı ilə məğlub edib. Qələbə boksçumuza qızıl medalla yanaşı, bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya da qazandırıb.