​“Boko Haram”dan növbəti qətliam: 30 hərbçi öldürüldü

Baxış sayı:
1585

“Boko Haram” qruplaşmasının Nigeriyanın şimal-şərqində Nigerlə sərhəd yaxınlığında yerləşən hərbi bazaya hücumu nəticəsində azı 30 hərbçi həlak olub.
Muxalifet.az xəbər verir ki, insident yerli vaxtla saat 16.00-da Zari şəhəri yaxınlığında baş verib.
Qeyd edək ki, “Boko Haram” qruplaşması bütün Nigeriya ərazisində İslam xilafətinin qurulmasına və şəriət hüququnun tətbiqinə çalışır, qərb təhsilinə, demokratiyaya, hakimiyyətin bölünməsi prinsipinə, həmçinin Qərb geyiminə və yad mədəniyyətin digər elementlərinə qarşı çıxır..