​“Boeing”lə uçuşu ermənilər də dayandırdı - Cahangir Əsgərov nə gözləyir?

Baxış sayı:
6325

Martın 10-da Efiopiyada 157 nəfərin ölümü ilə nəticələnən qəzadan sonra Ermənistan da "Boeing B-737-MAX 8 " və "Boeing B-737-MAX” təyyarələri ilə uçuşu müvəqqəti dayandırıb.
"Qafqazinfo”nun xəbərinə görə, qadağa 13 mart-13 aprel tarixlərində qüvvədə olacaq. Bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi Feysbuk hesabında məlumat yayıb.
Qeyd edək ki, "Boeing”dən imtina edən ölkələr arasında Böyük Britaniya, Çin, Fransa, Almaniya, Avstraliya, Vyetnam, İndoneziya, Türkiyə, İtaliya, Avstriya, Latın Amerikası ölkələri, Qazaxıstan, Kanada və ABŞ var.