"Boeing"də yenidən QƏZA TƏŞVİŞİ: 500-dən çox təyyarə...

Baxış sayı:
7099

ABŞ-ın “Boeinq” şirkətinin istehsalı olan təyyarələr yenidən texniki nasazlıqla gündəmə gəlib.
Avstraliyanın Qantas hava yolları şirkətinə aid “Boeinq 737 NG” tipli təyyarə havada ikən çatlamağa başlayıb.
Təyyarə təcili eniş edib. Bundan sonra dünya miqyasında eyni tipdən olan 50 təyyarənin havaya qalxmasına qadağa qoyulub.
Qeyd edək ki, Amerika Federal Aviasiya Avtoritariyası (FAA) ötən ay “Boeinq 737 NG” tipli təyyarələr haqqında araşdırma aparılmasını tələb etmişdi. 13 martdan bu vaxta qədər 737 seriyanın son modeli olan Max-ların iştirakı ilə ard-arda iki qəza baş verib. Şirkətin istehsalı olan 400-ə yaxın təyyarənin səfəri təxirə salınıb, 500-dən çoxu isə alıcılarına təhvil verilməyib.