​BNA-dan avtobusun yanması ilə bağlı AÇIQLAMA

Baxış sayı:
6514

Bu gün səhər saatlarında Bakıda sərnişin avtobusunda tüstülənmə yanğın olub.
Rəşid Behbudov küçəsində "Çinar Trans" MMC-yə məxsus 88 saylı marşrut xətti üzrə hərəkət edən "Karsan Atak Karataş" markalı avtobusda yanğın başlayıb.
Avtobusdakı tüstülənməni görən sürücü nəqliyyat vasitəsini saxlayaraq sərnişinlərin düşməsinə şərait yaradıb.
Hadisə vaxtı xəsarət alanın olmadığı bildirilir.
Sözügedən məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi açıqlama yayıb.
Bildirilib ki, 88 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən 99 JK 359 DQN-lı avtobus R.Behbudov küçəsində olarkən mühərrikxanada texniki nasazlıq yaranıb: "Tüstülənmə bu səbəbdən baş verib. Yəni hər hansı bir alovlanma və ya yanğın hadisəsi deyil. Xətt üzrə sərnişindaşıma ilə məşğul olan dəşıyıcı tərəfindən əraziyə texniki personal gedib və nasazlıq aradan qaldırılıb".