BMT YPG/PKK zülmünü etiraf etdi

Baxış sayı:
7144

 Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığının sözçüsü Andrej Mahecic, BMT-nin Cenevrə Ofisində keçirdiyi mətbuat konfransında Deyrizorun şərqində YPG/PKK ilə İŞİD-ın toqquşduğu bölgədə arada qalan minlərlə mülki əhalinin təhlükəsizliyindən böyük narahatlıq duyulduğunu vurğulayıb.
 
 Mahecic münaqişə zonasından qaçan əhalinin vəziyyətindən də böyük narahatlıq duyduqlarını bildirərək, "Suriyanın bu bölgəsindəki humanitar vəziyyət hazırda kritikdir" deyib.
Hasəkə rayonunun İraqla sərhədində yerləşən Hol bölgəsindəki düşərgəyə yalnız ötən həftə 10 min insanın qaçdığını bildirən Mahecic, münaqişələrin artdığı dekabr ayının əvvəlindən bu yana Hol bölgəsinə 23 min mülki əhalinin qaçdığını, irəliləyən günlərdə daha çox insanın regiona gəlməsinin gözlədiyini ifadə edib.
Mahecic, Deyrizorda İŞİD-ın son qalası olan Heccin rayon mərkəzindən qaçan insanların öz təhlükəsizlikləri üçün dəhşətli bir səfəri göz önünə aldıqlarını deyib.
Mahecic soyuq hava şərtlərində Hol bölgəsinə doğru qçan və böyük əksəriyyəti qadın və uşaqlardan ibarət olan insanlara yol boyu heç bir insani yardım edilmədiyini vurğulayıb.
Dekabr ayının əvvəlindən bu yana bölgəyə gedən insanlardan qaçış əsnasında və ya düşərgəyə çatan kimi ən az 29 uşağın həyatını itirdiyini bildirən Mahecic, bu uşaqların ölüm səbəbinin pis qidalanma və hipotermi olduğunu bildirib.
 
YPG/PKK icazə vermir
 
 Humanitar yardım təşkilatlarının kütləvi olaraq vətəndaşların həyatını xilas etmək üçün YPG/PKK tranzit keçid yolu açılmasını tələb etdiyinə diqqəti çəkən Mahecic, terror təşkilatının son iki həftədir bu tələbi yerinə yetirmədiyini vurğulayıb.
Mahecic BMT olaraq SDG-nin insanların şəxsiyyət sənədlərini əllərindən aldıqlarına görə narahat olduğunu vurğulayaraq, habelə terror təşkilatının bölgə içində yerindən edilmiş vətəndaşlarla Hasəkə rayonundakı düşərgələrdəki əhalinin hərəkət azadlığına mane olduğunu qeyd edib.
Sözçü SDG adını istifadə edən YPG/PKK-ya əhalinin hərəkət azadlığına mane olmamağa çağırıb.
Müxalifət.az