BMT TŞ KXDR-yə qarşı yeni sanksiyalar qərarı verdi

Şimali Koreyaya neft məhsulları tədarükünə məhdudiyyət qoyulacaq
 
BMT Təhlükəsizlik Şurası KXDR-yə qarşı yeni sanksiyaların tətbiqinə dair qətnamə qəbul edib. Bu, Pxenyanın idxal və ixrac imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq.
RİA "Novosti" xəbər verir ki, 2375 saylı müvafiq qətnamə Nyu-York vaxtı ilə bazar ertəsi axşam (Bakı vaxtı ilə çərşənbə axşamına keçən gecə) yekdilliklə qəbul edilib.
Sənədə əsasən, Şimali Koreyaya neft məhsulları tədarükünə məhdudiyyət qoyulacaq. Həmçinin KXDR-yə xam neft tədarükünün limiti də müəyyən edilib – həcmlər ötən 12 ayın göstəricilərini üstələməməlidir. Şimali Koreya, o cümlədən kondensat və qazkondensat maye ala, həmçinin toxuculuq məhsulları sata bilməyəcək.