BMT Təhlükəsizlik Şurası təcili iclas keçirəcək – KXDR-ə QARŞI QƏRAR...

ABŞ, Cənubi Koreya, Yaponiya, Böyük Britaniya və Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər.
“Reuters”in verdiyi xəbərə görə, iclas sentyabrın 4-də keçiriləcək.
KXDR-in son nüvə sınağından sonra 5 dövlətin nümayəndəsi BMT Təhlükəsizlik Şurasına birgə xahişlə müraciət edib.
Yeri gəlmişkən, Koreya Xalq Demokratik Respublikasının yeni nüvə sınağı keçirməsini BMT-nin baş katibi Antoniu Quterriş də qınayıb.
Qeyd edək ki, Şimali Koreya qitələrarası ballistik raketlər üçün nəzərdə tutulmuş hidrogen döyüş başlığını uğurla sınaqdan keçirdiyini bəyan edib.