BMT Təhlükəsizlik Şurası “Qəzza hadisələri”nə görə təcili toplandı

Baxış sayı:
6922

Fələstinin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Riyad Mənsur, "BMT Təhlükəsizlik Şurasının qapısını beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək məsuliyyətini yerinə yetirənə qədər çalmağa davam edəcəyik" deyib.
 
BMT Təhlükəsizlik Şurası, İsrailin Qəzzaya hücumlarından sonra Qəzzada zorakılıq və gərginliyin artması ilə əlaqədar Küveyt və Boliviyanın tələbi ilə qapalı iclasda təcili toplanıb.
Fransanın BMT-dəki daimi nümayəndəsi Fransua Delattre, tədbir öncəsi jurnalistlərə verdiyi açıqlamada, Qəzzadakı vəziyyətin narahatlıq verici olduğunu və 2014-ci ildən bu yana belə bir zorakılıq hadisələrinin görülmədiyini vurğulayıb.
Müxalifət.az