BMT-nin hesabatında Camal Kaşıkçı cinayəti ilə bağlı MÜHÜM DETALLAR - “Qurbanlıq heyvan gəldimi?”

Baxış sayı:
11998

Birləşmiş Millətlər Təşkilatının Kaşıkçı cinayəti ilə bağlı hazırladığı hesabatda cinayətin mühüm detallarından bəhs edilib. Hesabatda edam qrupunun Türkiyəyə necə gəlməsi barəsində məlumat verilir, Kaşıkçı ilə qatil qrupu arasında əlbəyaxa döyüşün olduğunu bildirilir.

BMT-nin hesabatçısı Aqnes Kallamard Kaşıkçı cinayəti ilə bağlı hesabatında türk kəşfiyyatından alındığı deyilən bəzi səsyazmalara yer verilib. Səsyazmaya görə, Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd əl-Uyetbi cinayətdən əvvəlki günlərdə naməlum bir şəxslə “təhlükəsiliklə bağlı bir tapşırıqla bağlı” danışıq aparıb. Uteybi ilə danışan şəxs dövlət rəhbərləri tərəfindənn verilən bu tapşırıq üçün protokoldan etibarlı bir şəxsə ehtiyac olduğunu və lazım gələrsə, bu şəxsə xüsusi icazə verilə biləcəyini bildirir. Uteybi, başqa bir şəxslə danışığında Riyaddan rəhbərliyin ona zəng elədiyini və Riyadın təcili tapşırıqlar verdiyini söyləyir. Uteybi danışıq zamanı məsələnin çox gizli olduğunu vurğulayır. Səsyazmalardan bəlli olur ki, baş konsul Riyaddan gələn bəzi şəxslərə qalmaq üçün yer, təyyarə biletləri təşkil edir.

“Konsulluqdakı iş iki, ya da üç gün davam edəcək”

Səudiyyə Ərəbistanından gələn edam qrupunun Kaşıkçını öldürmək üçün Riyaddan İstanbula necə gələcəyi barəsində danışıqlara yer verilir. Kaşıkçının öldürülməsindən bir gün əvvəl naməlum bir şəxs deyir: “Sabah Səudiyyə Ərəbistanından bir komissiya gələcək. Konsulluqda görəcəkləri işləri var... İçəridəki iş iki-üç gün davam edəcəkdir”.

“Qurbanlıq heyvan gəldimi?”

Kaşıkçı baş konsulluğa girməzdən bir neçə dəqiqə əvvəl edam qrupundan olan məhkəmə-ekpertiza mütəxəssisi Salah Məhəmməd bduh et-Tubeyki və Səudiyyə Ərəbistanı kəşfiyyat xidmətində çalışarkən vəliəhd şahzadənin yaxın komandasına daxil olan Mahir Əbdüləziz Mutreb arasında olan dialoqlar da hesabatda öz əksini tapıb. Kaşıkçı cinayətini törədənlərin başçısı Mahir Əbdüləziz Mutreb, Tubeykidən Kaşıkçının cəsədini çantaya qoymağın mümkün olub-olmamasını soruşur. Bunun qarşılığında Tubeyki, “Xeyir, çox ağırdır” deyə cavab verir. Tubeyki sonra deyir: “Asan olacaq. Oynaqlar ayrılacaq. Bədəni ağırdır. Əvvəlcə yerdə kəsəcəyəm. Planstik çantalar götürüb, parçalara ayırsaq, işimiz bitər. Hər birini sarıyacağıq”. Mutreb və Tubeykinin Kaşıkçının cansız bədənini “dəri çantalara” qoymağı planlaşdırdığı barəsindəki danışıqlarının əks olunduğu hesabatda Tubeykinin: “Məni qoruyacaq heç kəs yoxdur” deyə narahatlığını bildirdiyi də qeyd edilib. Söhbətin sonunda Mutreb, Kaşıkçını nəzərdə tutaraq “qurbanlıq heyvanın” gəlib gəlmədiyini soruşur və cavabında onun gəldiyini deyirlər.

“İnterpolun əmri var” yalanı

Kaşıkçı baş konsulluğa daxil olduqdan sonra ondan Səudiyyə Ərəbistanına qayıdıb-qayıtmayacağını soruşurlar. BMT-nin hesabatındakı qeydlərə görə, Kaşıkçını sorğu-suala çəkən şəxslər deyiblər: “Səni Səudiyyə Ərəbistanına aparmağa məcburuq. İnterpoldan əmr var. İnterpol sənin geri qaytarılmağını tələb edir”. Bunun cavabında Kaşıkçı ona qarşı heç bir cinayət işinin açılmadığını və bayırda onu gözləyənlərin olduğunu söyləyir. Edam qrupundan olan Mutreb, Kaşıkçının oğluna bir mesaj göndərməsini tələb edir. Kaşıkçı: “Nə deməliyəm? Yaxında görüşəcəyik? Qaşırılmaqdan danışa bilmərəm”, - deyə bu tələbi rədd edir. Kaşıkçıya dəfələrlə “səsini kəs” deyirlər. Bir neçə dəqiqəlik dialoqdan sonra qrup Kaşıkçıya deyir: “Sənə dərman verib bihuş edəcəyik”. Bunun ardınca Kaıkçı ilə qrup arasında əlbəyaxa dava olduğu və onun qətlə yetirildiyi bildirilir.

Hurriyyet.org