BMT-nin açıqlamasına “Həmas”dan sərt təpki!

Baxış sayı:
4969

 Fələstindəki “Həmas” təşkilatı BMT-nin baş katibi Antonio Guterresin Qəzza Zolağına yönəlik son hücumlarına dair açıqlamasını "İsrail tərəfdarı" kimi qiymətləndirib.
 
“Həmas” tərəfindən edilən yazılı açıqlamada, BMT baş katibi Guterresin İsrailin Qəzzaya son təcavüzü haqqında bəyan etdiyi fikirlərinin onları heyrətə saldığı ifadə edilib.
Guterresin açıqlamasının Təl-Əviv tərəfdarı və İsrail hücumlarına dəstəyi əks etdirdiyini, işğalçı qüvvələrin törətdiyi cinayətlərə heç bir fikir bildirilmədiyi qeyd edilib.
Qeyd edək ki, İsrailin həftə sonu Qəzza Zolağına təşkil etdiyi hücumlarda, ikisi hamilə 3 qadın ilə 2 uşağın də aralarında olduğu 25 Fələstinli şəhid olmuş, 150 Fələstinli yaralanmışdı.
Fələstinli qrupların Qəzzadan İsrail tərəfinə atdığı raketlər nəticəsində isə 1-i Fələstin əsilli olmaqla, 4 nəfər ölmüşdü.
Yerli mətbuat dünən erkən saatlarda Fələstinli qruplar ilə İsrail arasında atəşkəs əldə olunduğunu bildirmişdi.
Müxalifət.az