BMT Myanmanı Arakan müsəlmanlarına vətəndaşlıq və hüquqi status verməyə çağırıb

Baş katib: Mən Myanma hakimiyyətini bu zorakılığa son qoymağa çağırıram
 
BMT-nin baş katibi Antoniu Quterreş Myanma hakimiyyətini Rakhayn ştatının müsəlman əhalisinə hüquqi status və mümkün qədər vətəndaşlıq verməyə çağırıb.
RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi jurnalistlərə açıqlamasında deyib.
"Rakhayn ştatının müsəlmanlarına onların normal həyat sürməsi üçün ya vətəndaşlıq, ya da hələlik hüquqi status vermək çox vacib olacaq", - deyə o bildirib.
Baş katib BMT-nin Myanmanı etnik qrupların hüquqlarına riayət olunan demokratik ölkə kimi görmək istədiyini qeyd edib.
"Mən Myanma hökumətini - mülki və hərbi hakimiyyəti bu zorakılığa son qoymağa çağırıram. Fikrimcə, bu, regionda sabitliyi poza biləcək vəziyyət yaradır", - deyə Quterreş bildirib.