BMT İrandakı etiraz aksiyaları üçün TOPLANIR

Baxış sayı:
4216

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ), İranda davam edən etiraz aksiyaları ilə bağlı bu gün toplanacaq.
 
BMT TŞ-nın toplanma qərarı ABŞ-ın tələbi səbəbi ilə baş tutub.
ABŞ toplantıda İranda davam edən etirazları gündəmə gətirmək istəyir, ancaq Vaşinqton rəhbərliyini İranın daxili işlərinə qarışmaqda günahlandıran Rusiya, iclasda İrandakı proseslərin müzakirəsi üçün şuradan səsvermə tələb edə bilər.
İrandakı proseslərin müzakirəsi üçün səsvermə tələb edildiyi halda şuranın 15 üzvündən 9-nun razılığı lazımdır.
Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley, İranda davam edən etirazlar və şiddət hadisələri ilə bağlı BMT TŞ-da təcili toplanma çağırışı edəcəklərini söyləmişdi.
ABŞ prezidenti Donald Tramp isə "Korlanmış olan hakimiyyətlərini geri qaytarmaq üçün çalışan İran xalqına hörmətlə yanaşıram. Vaxtı gələndə ABŞ-dan böyük dəstək görəcəksiniz" deyə, açıqlama vermişdi.
İran, ölkədə davam edən etirazlarla bağlı olaraq daxili işlərinə qarışmaqda günahlandırdığı ABŞ-ı BMT-yə şikayət edib, İranın BMT-dəki daimi nümayəndəsi Gholamali Xoşroo, BMT baş katibi Antonio Guterres və BMT TŞ-na göndərdiyi məktubda, "ABŞ hökuməti nümayişlərə dəstək vermək bəhanəsi ilə mənasız bir şəkildə İranın daxili işlərinə müdaxilə aktlarını artırıb. ABŞ prezidenti və vitse-prezidenti çox sayda cəfəng tweet və mesajlarla İranlıları təhrik edici hərəkətlərə təşviq edib" deyə, qeyd olunub.
Müxalifət.az