​BMT-dən Türkiyənin əl-qolunu bağlayan QƏRAR

Baxış sayı:
9220

BMT TŞ-nin Şərqi Quta ilə bağlı atəşkəs qərarı Afrini də əhatə edir.
Muxalifet.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"BMT Təhlükəsizlik Şurasının qərarı Suriyanın bütün ərazilərini əhatə edir və bu qərar hər kəsə 30 gün müddətinə atəşkəsə əməl etməyi tövsiyə edir", - XİN-nin bəyanatında bildirilib.
XİN-in müşaviri Uolter Lindnerin Türkiyənin Berlindəki səfiri ilə məsələni müzakirə edib.
Qeyd edək ki, Türkiyə tərəfi BMT-nin Şəri Qutadakı 30 günlük atəşkəs qərarını müsbət qarşıladığını, ancaq Afrində terrora qarşı mübarizə aparıldığını və Türkiyənin burada döyüşən tərəf olmadığı bildirilib. Bu səbəbdən də BMT-nin bu qərarı "Zeytun budağı" əməliyyatı üçün keçərli deyil.