​BMT-dən Trampın “zibil qutusu” ifadəsinə REAKSİYA

Baxış sayı:
925

Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ prezidenti Donald Trampın ölkəsinə daxil olan qaçqınlar barədə ifadələrinə kəskin reaksiya verib.
Muxalifət.az xarici KİV-ə istinadənn xəbər verir ki, BMT-nin insan hüquqları üzrə Ali Komissarının idarəsinin nümayəndəsi Rupert Kolvill Trampın ifadələrini “şokedici və utancverici” adlandırıb.
Onun sözlərinə görə, ABŞ prezidentinin sözlərini “irqçilik”dən başqa heç bir sözlə ifadə etmək mümkün deyil.
Qeyd edək ki, Tramp ölkəsinə daxil olan qaçqınlar barədə sərt ifadələr işlədib və onları təhqir edib.